Haqqımızda

Kirby Tariximiz

Dünya şöhrətli KIRBY şirkətinin adı bilavasitə onun ixtiraçısı amerikalı mühəndis Ceyms Kirbi ilə bağlıdır. Bütün ömrünü məişət texnikası sahəsində kəşflərə həsr etmiş C.Kirbi 1906-cı ildə onun adını gələcəkdə bütün dünyaya tanıdacaq aparatın əsasını qoydu. Təmizlik avadanlıqları sinifinin ilk nümayəndəsi hesab olunan bu cihaz mütəxəssis tərəfindən təkmilləşdirilərək, öz ilkin formasını tapdı. 

Ancaq 1935-ci ildə C.Kirbi müəllif ixtirasının onun adını daşımasına razılıq verdi. Bundan sonra KIRBY bir brend olaraq müstəqil, çox uğurlu inkişaf yoluna qədəm qoydu. 

Ceyms Kirbi daim axtarışda idi. Onun bu xüsusiyyəti bu gün də onun davamçıları tərəfindən davam etdirilməkdədir. Bunun nəticəsidir ki, bu gün istifadənizə verilən KIRBY 24-cü nəslin nümayəndəsidir.

Kirby Fenomeni

Bu gün KIRBY təmizləyici məişət texnikaları arasında ən mükəmməlidir. Bu avadanlıq təkcə sizin evinizin təmizliyinin deyil, həm də onun ekoloji durumunun yaxşılaşdırılmasına və sizin sağlamlığınızın qorunmasına xidmət göstərir.

 Məlum olduğu kimi, ev tozları özlərində bir çox allergenləri cəmləşdirir. Bunlara 150 növ toz yataq genəsi, o cümlədən saprofitlər daxildir. Statistikaya görə, dünya əhalisinin 10%-i allergiyanın müxtəlif növlərindən əziyyət çəkir. Araşdırmalar göstərir ki, sözügedən gözəgörünməz canlılar allergik astma, xroniki tumov və dəri xəstəliklərinin yaranmasının başlıca səbəbləri sayılırlar. 

 Adi vasitələrlə onlardan qurtulmaq qeyri-mümkündür. Yalnız 40 funksiyaya malik KIRBY bütün bu problemlərin öhdəsindən gələ bilər. Çünki o, havanı tozdan və xoşagəlməz qoxulardan azad etmək, xalçaları yuyub təmizləməklə yanaşı, döşək, yastıq, yumşaq mebel və digər yataq dəstlərini 50 sm dərinliyə qədər təmizləmək gücünə malikdir.

Kirby Azərbaycan

Amerika Birləşmiş Ştatlarında şöhrəti böyük sürətlə yayılan KIRBY qısa zaman ərzində öz vətəninin sərhədlərini aşaraq bütün dünyaya yayılmağa başladı. Hazırda KIRBY şirkətinin rəsmi nümayəndəlikləri dünyanın 100-dən artıq ölkəsində, o cümlədən də Azərbaycanda fəaliyyət göstərməkdədir. 

 Ölkəmizdə şirkətin rəsmi nümayəndəlik hüquqları New Life Systems şirkətinə aiddir. Təməli 2006-cı ildə qoyulan şirkətimizin fəaliyyət dairəsi KIRBY avadanlıqlarının realizasiyası, zəmanəti, servis xidməti, texniki dəstək və sorğu-informasiya təminatını əhatə edir. 

İlk addımlarımızı atdığımız dövrdə şirkətimiz onlarla ailəyə xidmət göstərməyin həyəcanı içində idi. Bu gün biz minlərlə vətəndaşımıza xidmət göstərməyin qürurunu yaşayırıq.

Vakuum Təmizçisi

Evinizə çox pul xərcləyirsiniz. Bu investisiyanı qorumağa və xalçanızın, döşəmələrinizin və mebelinizin ömrünü orada ən yaxşı vakuumla uzatmağa kömək edin: Kirby sistemi. 100 ildən çoxdur ki, müştərilərimiz yalnız Kirby-nin təmin edə biləcəyi inamlı təmizlikdən faydalanırlar.

Pula qənaət
0
Təlabat
0
Digər cihazlardan üstünlukləri
0
Müştəri məmnuniyyəti
0
    Cart